Ağ baton
Yumşaq teksturalı, təzə və hər süfrəyə yaraşan klassik seçim. Səhər yeməyindən axşam süfrəsinə qədər rahatlıqla istifadə olunur.
Trabzonda yolüstü bir fırında daddığımız çörəyi Bakıya gətirdik. İndi təbii maya və uzun mayalanma ilə hazırlanan çörəklərimizi hər gün sizin süfrəniz üçün bişiririk.
Yumşaq teksturalı, təzə və hər süfrəyə yaraşan klassik seçim. Səhər yeməyindən axşam süfrəsinə qədər rahatlıqla istifadə olunur.
Daş üzərində bişən, qızarmış qabığı və doyumlu iç quruluşu ilə fırınımızın əsas çörəyi. Trabzonda sevdiyimiz dadın Bakıdakı davamıdır.
Evin gündəlik süfrəsinə uyğun, doyumlu və tanış dadlı çörək. Yeməyin yanında da, sadə bir pendir süfrəsində də öz yerini tapır.
Yüngül qabığı və məsaməli iç quruluşu ilə sendviç, səhər yeməyi və qəlyanaltılar üçün rahat seçim.
Bagetin xırtıldayan qabığına tərəvəz dadı əlavə edən fərqli çeşid. Süfrəyə rəng və ətir qatmaq istəyənlər üçün.
Çovdarın tünd və xarakterli dadını sevənlər üçün doyumlu seçim. Pendir və isti yeməklərlə yaxşı uyğunlaşır.
Tünd dadı, sıx teksturası və fərqli ətri ilə daha xarakterli çörək sevənlər üçün hazırlanır.
Çovdarın doyumlu dadını naxışlı görünüşlə birləşdirən süfrəlik çörək. Həm dadı, həm də görünüşü ilə seçilir.
Kərpic formasında bişən, rahat dilimlənən və sıx iç quruluşuna malik çovdar çörəyi.
Daha doyumlu, lifli və balanslı seçim axtaranlar üçün. Gündəlik süfrədə tam buğdanın dolğun dadını verir.
Yolda başlayan bir dad
2019–2020-ci illərdə Türkiyəyə maşınla gedərkən Trabzonda yol kənarındakı bir fırın diqqətimizi çəkdi. Tır sürücüləri dayanıb çörək alırdı. Biz də aldıq — qoxusunu, qabığını və dadını unutmadıq.
Bakıda həmin çörəyi yaxınlarımızla bölüşdük. Hər dəfə yenə istədilər. Trabzon Fırın da elə bu istəkdən yarandı.
Hekayəmizi oxuBizim üçün yaxşı çörək sadə tərkib, təbii maya, doğru istilik və xəmirə verilən vaxt deməkdir.
Əsas çörəklərimizi təbii acı xəmir mayası ilə hazırlayırıq — dad və qoxu buradan gəlir.
Əsas xəmir 5–6 saat yetişir; xüsusi çeşidlər soyuqda 12–24 saat dincəlir.
Un, su, duz, maya, vaxt və ustalıq. Lazımsız heç nə əlavə etmirik.
Üç filialımızda çörəklər gün ərzində bişir. Qaraçuxurda 24 saat açığıq.
Günün çeşidini və sizə yaxın filialı WhatsApp-dan soruşun — tez cavab veririk.
Hər filialın öz iş saatı var. Qaraçuxur filialımız gecə-gündüz açıqdır.
Cəlal Qurbanov küç., Qaraçuxur, Bakı (CX4H+CGX)
Ə.Şıxlinski 34C, 204 nömrəli məktəblə üzbəüz, Bakı
Əşrəf Əliyev 148, Bakı
Çörəklərimizi Peynirci Baba mağazalarından əldə edə və ya Wolt ilə evə sifariş edə bilərsiniz.